MÜSAHİBƏ


Fuat Oktay: İƏT-ə üzv ölkələr arasında Qarabağla bağlı layihələr müzakirə olunur

Burada İslam Əməkdaşlıq Təşkilatı (İƏT), xüsusilə İƏT-in İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinə üzv ölkələr arasında ticarətin inkişaf etdirilməsi, sərmayələrə təkan verilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması, həm də yeni fürsətlərin yaradılması ilə bağlı çox ciddi layihələr müzakirə olunur. Qarabağ da müzakirə olunan mövzular sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin 37-ci Nazirlər Toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.