Politoloq: KTMT-də Ermənistanın möqveylərinin zəiflədilməsi Azərbaycanın uzun müddət apardığı doğru stratejiyanın nəticəsidir
29.11.2021 [17:01]
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın möqveyinin zəiflədilməsi Azərbaycanın uzun müddət apardığı doğru statejiyanın nəticəsidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Elçin Mirzəbəyli söyləyib. O, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında üzv ölkələrin Azərbaycanı qələbə münasibəti ilə təbrikindən və müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.