Vüqar Bayramov: Azərbaycan valyutasında təhlükəsizlik elementlərinin çoxluğu saxta əsginasların dövriyyə buraxılmasını xeyli azaldır
01.12.2021 [11:04]
Azərbaycan valyutasında təhlükəsizlik elementlərinin çoxluğu saxta əsginasların dövriyyə buraxılmasını xeyli azaldır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov söyləyib. Xatırladaq ki, noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı “İlin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.