MÜSAHİBƏ


Hikmət Hacıyev: Otuz ilə yaxın danışıqlar prosesində Azərbaycana təqdim olunan sülh ədalətli sülh deyildi

Azərbaycan xalqı hər zaman sülhpərvər xalq olub. Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, ədəbiyyatına baxdıqda görərik ki, xalqımız həmişə sülh çağırışında və sülh axtarışında olub. Regionda da həmişə sülhün təmin olunması və möhkəmlənməsi istiqamətində ardıcıl səylər göstərib.AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.