MÜSAHİBƏ


Hikmət Hacıyev: Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyü prinsipi əsasında Ermənistanla delimitasiya və demarkasiya prosesinin aparılmasına hazırdır

Soçi görüşünün nəticələri müsbət qiymətləndirilir. Görüş nəticəsində qəbul edilmiş birgə Bəyanatda xüsusilə nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar məqamı qeyd etmək istərdim. Bu, xüsusilə Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərdir. Bu xüsusda sənəddə qeyd olunur ki, qısa müddət ərzində Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılmış nəqliyyat məsələləri üzrə işçi qrup çərçivəsində tezliklə görüş keçirilsin. Belə bir görüş də dünən Moskva şəhərində baş tutdu. Bundan irəli gələn digər məsələlər üzrə də tərəflər arasında müxtəlif müzakirələr aparılır.AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.