MÜSAHİBƏ


STEAM Azərbaycan layihəsi 100 mindən çox şagirdi əhatə edir

STEAM Azərbaycan layihəsi 300-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edir. Layihə çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.Bunu AZƏRTAC-a açıqlamasında STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.