Təhsil naziri Zəngilanın Ağalı kəndində tədrisin təşkili qaydasına aydınlıq gətirib
09.12.2021 [15:47]
Zəngilanın Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq, amma aradakı keçid dövründə bir neçə həftə ərzində tədrisin hibrid və ya distant formada olmasını planlaşdırmışıq ki, uşaqlar dərsdən kənarda qalmasınlar. AZƏRTAC xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmirullayev jurnalistlərə açıqlamasında söyləyib.