Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Azərbaycan dövləti Ulu Öndərin irsi əsasında hərtərəfli inkişaf edir

12.12.2021 [15:08]

Xəbərin mətni

Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ümummilli lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI