Bahar Muradova: Heydər Əliyev təkcə dövlətçiliyimiz üçün deyil, bütün Azərbaycan xalqı üçün önəmli rola malikdir
12.12.2021 [16:31]
Bu gün Heydər Əliyevin anım gününə gələnlər onun xatirəsi qarşısında öz ehtiramlarını ifadə edir, siyasi liderin əziz xatirəsini yad edirlər. Anım günündə müşahidə olunan insan axını bir daha sübut edir ki, Heydər Əliyev təkcə Azərbaycan dövləti və dövlətçiliyi üçün deyil, bütün Azərbaycan xalqı üçün əhəmiyyətli rola malikdir və çox dəyərlidir. Əminəm ki, Heydər Əliyevin hər kəsin qəlbində sevgidən və hörmətdən qurulan abidəsi var. Biz Ümummilli Liderdən bəhs edərkən həm keçmiş, həm bu gün, həm də gələcək haqqında danışmış oluruq, çünki o, bugünkü güclü Azərbaycanın təməlini qoyub. Ulu Öndər dünyada çox nadir və dahi şəxsiyyətlərdən biridir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyevin 18-ci anım mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.