MÜSAHİBƏ


Səfər Mehdiyev: Hibrid və elektrik avtomobillərinin ƏDV-dən azad olunması ilə bağlı tədbirlər görülüb

Dövlət rüsumlarının artırılması və ya azaldılması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
“Hökumət tərəfindən vacib qərarlar qəbul olunur, müvafiq orqanlar da bu qərarları icra edir. Hazırda tədbiq olunan rüsumlar bir neçə il bundan əvvəl qüvvəyə minmiş qaydalara əsasən qəbul edilib. Hazırda rüsumlarda hər hansı bir artım nəzərdə tutulmayıb. Gələn il hibrid və elektrik nəqliyyat vasitələrinin ƏDV-dən azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə bu mövzu ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə Səfər Mehdiyev bildirib.