MÜSAHİBƏ


Qurban Qurbanov: Prezident İlham Əliyev bizə çox böyük dəyər verdi

Prezident İlham Əliyev bizə çox böyük dəyər verdi. AZƏRTAC xəbər verir ki, bu fikirləri "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında söyləyib. O, Prezident İlham Əliyevlə görüşlərdən sonra komanın özünə olan inamının daha da çoxaldığını vurğulayıb.