MÜSAHİBƏ


Rusiya Baş nazirinin müavini: Ölkələrimiz arasında dərin tarixi bağlılıq qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək

Rusiya-Azərbaycan əlaqələri çox möhkəmdir. Ölkələrimiz arasında yeni dövrdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi inteqrasiya prosesinin reallığıdır.Azərbaycanın regionda Avropanı Asiya ilə birləşdirəcək kommunikasiyanın açılması təklifi reallaşır və bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri baxımından mühüm rol oynayacaq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda dekabrın 16-da ADA Universitetində keçirilən konfransda deyib.