CƏMİYYƏT


Lənkəranda indiyədək 34 mindən çox insana “buster” doza vurulub

Ölkəmizdə yeni növ koronavirus infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə prosesi davam edir. Bu iş bütün bölgələrdə olduğu kimi, Lənkəranda da uğurla həyata keçirilir. Rayon əhalisinə artıq iki aydan çoxdur ki, üçüncü doza peyvənd vurulur.
AZƏRTAC xəbər verir ki, Lənkəranda indiyədək sakinlərə ümumilikdə 237 min 500 dozadan çox vaksin vurulub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 5 məntəqədə, kəndlərdə 6 məntəqədə vaksinsiya prosesi gedir.