Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində daha bir “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb

25.12.2021 [13:50]

Xəbərin mətni

Çinin Hunan vilayətinin Canciacie şəhərində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də baş tutan “Azərbaycan Ticarət Evi”nin açılış mərasimində Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri iştirak edib.