MÜSAHİBƏ


Pediatr: Uşaqların evdə müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb. AZƏRTAC xəbər verir ki, bu əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur. Pediatr Əkbər Quliyev söyləyib ki, uşaqlar həkim müayinəsindən keçməzsə xəstəlik daha da ağır hal ala bilər.