MÜSAHİBƏ


Ceyhun Məmmədov: Şuşanın 270 illiyinin qeyd olunması Azərbaycan üçün xüsusi önəm daşıyır

Şuşanın 270 illiyinin qeyd olunması Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bütün bu tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də Şuşanın beynəlxalq arenada qədim Azərbaycan şəhəri olmasını tanıtdırmaqdır. Həmçinin deputat qeyd edib ki, Prezident tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.