MÜSAHİBƏ


Hava şəraiti kəskin dəyişəcək, Bakıya qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosundan AZƏRTAC-a verilən məlumata görə həftənin 2-ci yarısında Şimali Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Belə ki, Bakıda və Abşeronda yanvarın 13-ü axşam saatlarından yağış yağacağı, yanvarın 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir.