CƏMİYYƏT


Həkim: Hazırda üçüncü ilə yanaşı, dördüncü dozanı qəbul edən sakinlərimiz də var

Koronavirusa qarşı mübarizədə əsas amil vaksinasiyadan keçməkdir. Lakin istər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyucu anticisimlərin səviyyəsi azalır. Bu zaman növbəti gücləndirici vaksinin vurulması zərurəti yaranır. Ona görə də, mütəxəssislər koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksini - “buster” dozanın vurulmasının vacib olduğunu deyirlər.