CƏMİYYƏT


“Omikron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur

Yeni növ koronavirusun (COVID-19) “omikron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.