Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Alman-Azərbaycan Ginekologiya Günü” adlı konfrans keçirilib

14.01.2022 [17:02]

Xəbərin mətni

Yanvarın 14-də Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya Günü” adlı tədbir keçirilib. Tədbir ərəfəsində Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının professoru Sven Becker ilə Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin görüşü olub.