CƏMİYYƏT


Bakıda ilk dəfə olaraq “Xəzərin gözü” oftalmoloji seminar keçirilib

Yüksək miopatiyası və astiqmatizmi olan bəzi xəstələrdə ekzimer lazer əməliyyatı vasitəsilə eynəkdən qurtulmaq mümkün deyil. Həmin xəstələri ən müasir üsulla xüsusi linzalardan istifadə edərək eynəklərdən azad etmək olur. Bu, çox unikal bir əməliyyat sayılır.AZƏRTAC xəbər verir ki, yanvarın 14-də Bakıda “Caspian International Hospital”ın təşəbbüsü və Türkiyənin İzmir şəhərindəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloqlarının iştirakı ilə ilk dəfə olaraq keçirilən “Xəzərin gözü” seminarında “Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov yüksək nömrəli eynəklərdən istifadə edən, ekzimer lazer əməliyyatlarına uyğun olmayanlar üzərində müasir linza əməliyyatlarına dair fikir mübadiləsi aparıb.