Türkiyəli dosent: 20 Yanvar hadisəsini o zaman Türkiyədə böyük narahatlıqla qarşıladıq
20.01.2022 [11:52]
Xəbərin mətni
1990-cı ildə Bakıda törədilən qətliamı o zaman Türkiyədə böyük narahatlıqla qarşıladıq. Azərbaycanlı qəhrəmanların şücaəti Çanaqalada, Anadolunun qurtuluş savaşlarında yaşananları xatırladır. Biz əbədiyyətə qədər “Bir millət, iki dövlət” olaraq eyni ruhla azadlığımıza bağlıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Samsun 19 May Universitetinin (Ondokuz Mayıs Üniversitesi) dosenti Said Kurşunoğlu deyib.