MÜSAHİBƏ


Türkiyəli məktəb direktoru: İyirmi Yanvar şəhidlərinin qəhrəmanlığından qürur duyuruq

İyirmi Yanvar hadisələri uşaqlıq həyatımızın Qarabağ tarixidir. Bu şanlı tarix indi Qarabağ Zəfərinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbinin (Samsun Bafra Kolay Ortaokulu) direktoru Faruk Akkurt ifadə edib.İyirmi Yanvar şəhidləri ilə Qarabağın azadlığı yolunda canlarından keçən qəhrəmanlarımızın Vətənin bütövlüyü yolunda eyni ruhla mücadilə etdiklərini vurğulayan türkiyəli məktəb direktoru bildirib ki, 20 Yanvar şəhidləri heç zaman unudulmayacaq.