MÜSAHİBƏ


Şahin Mustafayev: Astaraçay üzərində yeni körpünün ilin sonuna qədər inşa edilməsi planlaşdırılır

Pandemiya şəraitinə baxmayaraq Azərbaycan-İran ticarət əlaqələri ötən ilin 11 ayında 30 faizədək artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini bildirib ki, yük avtomobillərinin sayı ötən ilin 11 ayında əvvəlki illə müqayisədə 62,5 faiz artıb. Bu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin verdiyi töhfədir.