Nüsrət Süleymanov: ANAMA-nın düşərgəsinin əməliyyat zonasına yaxın yerləşməsi işin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verəcək
29.01.2022 [12:04]
Xəbərin mətni
ANAMA-nın düşərgəsinin işğaldan azad olunmuş ərazidə, əməliyyat zonasına yaxın yerləşməsi, əlbəttə ki, işin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verəcək.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.