MÜSAHİBƏ


Azərbaycanda minalanmış sahələrin süni intellekt əsasında havadan tədqiqatı sisteminin tətbiqinə başlanılıb

Keçən ildən süni intellekt əsasında çalışan - uzaq məsafədən, yəni minalanmış sahələrin havadan tədqiqatı sisteminin tətbiqinə başlamışıq. Azərbaycan dünyada ilk ölkələrdəndir ki, bu sistemi tətbiq edir. Bu sistem vasitəsilə biz minaların dəqiq yerini müəyyən edə bilirik.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.