MÜSAHİBƏ


Ov üçün gələn əcnəbi turistlər üç kateqoriyaya bölünəcək

Azərbaycana ov üçün gələn əcnəbi turistlərin üç kateqoriyaya bölünməsi nəzərdə tutulur. Kateqoriyalar tam riskli, orta riskli və risksiz olaraq üç yerə bölünəcək. Kateqoriyaları rənglərlə şərtləndirsək, müvafiq olaraq yaşıl, sarı, qırmızı kateqoriyalar ayırd ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov deyib.