MÜSAHİBƏ


Prezident Mükafatçısı: Bu forumda iştirak etdiyim üçün böyük qürur hissi keçirirəm

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etdiyim üçün böyük qürur hissi keçirirəm. Bu sözləri AZƏRTAC-a müsahibəsində gənc rejissor və ssenarist Azər Quliyev deyib. Forumda Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan gənc həmçinin qeyd edib ki, bu gün aparılan gənclər siyasəti böyük ümüdlər doğurur.