İctimai fəal gənc: Bu forum gənclər siyasətinin davam etdirilməsində xüsusi yer tutur
02.02.2022 [21:33]
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətində bu forum xüsusi yer tutur. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən ictimai fəal gənc Ağarza Elçinoğlu deyib. O həmçinin qeyd edib ki, forumda onun üçün önəmli hissə Prezident İlham Əliyevin gənclərin suallarını cavablandırması olub.