Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Sinoptiklərdən xəbərdarlıq: Paytaxtda havanın temperaturu 5-10 dərəcə enəcək, güclü külək əsəcək

04.02.2022 [15:39]

Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın arabir yağıntılı olacağı, şimal-qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyəyə çatacağı, səhər və gündüz bəzi yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° enəcək.