MÜSAHİBƏ


Kreşnik Bekteşi: Şimali Makedoniya Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır

Dünən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Cənub Qaz Dəhlizinin genişləndirilməsi və enerji keçidi ilə bağlı plenar sessiyalarda bizim çox məhsuldar görüşümüz baş tutdu. Tədbir zamanı bir çox ölkələrə məxsus şirkətlər Azərbaycanın təbii qaz nəqlinin həcm və təhlükəsizliyinin artırılması ilə bağlı müxtəlif təqdimatlarla çıxış etdilər.AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi jurnalistlərə açıqlamasında deyib.