MÜSAHİBƏ


Türkiyənin mədəniyyət və turizm naziri: Ziyarətim zamanı Azərbaycanın və Bakının çox böyük turizm potensialının olduğunu gördüm

Azərbaycanda, xüsusilə Bakıda çox gözəl inkişaf var. Mən şəxsən ziyarət etdiyim zaman Azərbaycanın və Bakının çox böyük turizm potensialının olduğunu gördüm.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən "EMİTT 2022" - "Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi" çərçivəsində stendimizi ziyarəti zamanı bildirib.