CƏMİYYƏT


Səhiyyə naziri: Hazırda ölkəmizdə koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur

Hazırda ölkəmizdə koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur. Sərt karantin tədbirləri xəstəxanaya yerləşdirilənlərin sayının kəskin artması və çarpayı fondunun dolması əsasında verilir. Hazırda ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10 faizi istifadə olunub. Sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir.AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.