MÜSAHİBƏ


Elman Rüstəmov: Azərbaycan manatı regionda ən dayanıqlı valyutalardan biridir

Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılmasının 30 illiyi xalqımızın tarixində çox mühüm bir dövrə təsadüf edir. Biz İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Ordumuzun erməni işğalçıları üzərində tarixi Qələbəsinin sevincini, iftixar hissini yaşayırıq. 30 il bundan öncə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan qarşısında onun mühüm dövlət atributlarının, institutlarının yaradılması kimi mühüm bir vəzifə qoyuldu.