MÜSAHİBƏ
Dərbəndli tələbə: Ağdamda və Şuşada gördüklərimiz əsl vandalizmdir
21.02.2022 [13:04]
Xəbərin mətni
Biz Ağdamda və Şuşada evlərin, mədəniyyət mərkəzlərinin dağıdıldığını gördük. Bu, əsl vandalizmdir. Ancaq bu söz gördüklərimizin qarşısında çox yumşaqdır. Belə vəhşilik yolverilməzdir. Öyrəndik ki, ermənilər Ağdam məscidində mal-qara saxlayıblar. Bu, sözlə ifadə edilə bilməyəcək cinayət və rəzillikdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Dərbənd şəhərindən olan iştirakçısı Baqir Aliakmedov söyləyib.