MÜSAHİBƏ
Gənclər və idman naziri Fərid Qayıbov gəncləri “Yüksəliş” müsabiqəsinə səsləyib
21.02.2022 [13:09]
Xəbərin mətni
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi martın 31-dək davam edir.AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov gənclərə “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib: “Bu müsabiqənin əsas məqsədi potensiallı kadrların aşkarlanması, dəstəklənməsidir. Müsabiqə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. Hamınızı bu müsabiqədə iştiraka dəvət edirəm”. Nazir xüsusi olaraq gəncləri və idmançıları müsabiqədə aktiv olmağa çağırıb.