MÜSAHİBƏ


Matyö Gider: Fransada akademiyalar elm və tədqiqat sahələrində dövlətin konsultant qurumu kimi fəaliyyət göstərir

Fransa elm dünyasının parlamenti adlandırılan Fransa İnstitutu ölkənin beş akademiyasını birləşdirir. Onlar arasında Fransız Akademiyası bu ölkənin ilk akademiyasıdır. 1635-ci ildə XIII Lüdovikin hakimiyyəti dövründə kardinal Rişelye tərəfindən əsası qoyulan ilk Fransız Akademiyasının funksiyası fransız dilini standartlaşdırmaq və təkmilləşdirmək olub. Bu akademiyanın 40 “ölməz” deyilən üzvü var. Onlardan biri vəfat etdikdə, digər üzvlər tərəfindən yeni üzv seçilir. Akademiklər yazdıqları elmi məqalə və kitablara görə seçilirlər.Bu barədə AZƏRTAC-a Tuluz Akademiyasının akademiki, Səhiyyə və Tibbi Tədqiqatlar Milli İnstitutunun (INSERM) tədqiqat direktoru Matyö Gider məlumat verib.