MÜSAHİBƏ
Folklorşünas: Su çərşənbəsiylə bağlı bir çox inanclar və deyimlər var
22.02.2022 [13:03]
Novruzun ilki Su çərşənbəsi ilə bağlı bir çox inanclar və deyimlər var. Belə ki, bu çərşənbənin “Sular Novruzu”, “Əzəl çərşənbə” kimi adları da olub. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Elmlər Akademiyasının elmi işçisi, folklorşünas Şakir Albalıyev deyib.