MÜSAHİBƏ
Sabah Bakı Metropolitenində bəzi stansiyaların iş vaxtı uzadılacaq
23.02.2022 [18:41]
Fevral ayının 24-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda meydana çıxacaq. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişinin bir qədər də uzadıla bilər.