Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika Perinatal Mərkəzində keçirilən tibbi aksiya zamanı 120-yə yaxın əməkdaş oftalmoloji müayinə olunub

24.02.2022 [19:03]

Xəbərin mətni

Fevralın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Respublika Perinatal Mərkəzində oftalmoloji aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, tibbi aksiya çərçivəsində mərkəzin 120-yə yaxın əməkdaşı oftalmoloji müayinə olunub. Müayinə olunanlarda daha çox refraksiya patologiyaları aşkarlanıb.