MÜSAHİBƏ


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziyaların dilində xarakterik nöqsanları açıqlayıb

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Televiziyaların dili monitorinq aynasında” adlı kitabında bəzi aparıcıların televiziyaya “fərdi” üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar vurğulanıb.AZƏRTAC xəbər verir ki, bunu Mərkəzin direktoru professor Sevinc Əliyeva 12 televiziya kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə söyləyib. Həmçinin qeyd olunub ki, aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilib və televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı öz əksini tapıb.