Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümidverici müalicələr nəticəsində kistoz fibroz xəstələrinin ömrü uzanır

09.03.2022 [19:23]

Xəbərin mətni

Ölkəmizdə illik doğum sayı təxminən 150 minə yaxındır. Kistoz fibroz xəstəliyinin rastgəlmə tezliyi 5 mində birə bərabərdir. İldə bu xəstəliklə təxminən 30 nəfər doğulur. Lakin il ərzində bu sayda xəstə qeydə alınmır, onların bəziləri həyatını itirir. Hazırda bilinən xəstə sayı 50-yə bərabərdir. Hazırda Azərbaycanda 18 yaşdan yuxarı bir kistoz fibroz xəstəsi var.AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.