CƏMİYYƏT


Xaçmazda COVID-19 infeksiyasına qarşı 288 min doza peyvənd vurulub

Xaçmaz rayonunda bu günə kimi COVID-19 infeksiyasına qarşı 288 min doza peyvənd vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinlərindən 85 min 179 nəfərinə hər iki doza peyvənd vurulub. Hazırda rayonda vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi aparılır.