MÜSAHİBƏ


Tahir Budaqov: Antalyada YAP ilə AK Parti arasında əməkdaşlığın perspektivləri ətrafında faydalı müzakirələr apardıq

Artıq ikinci ildir keçirilən Antalya Diplomatiya Forumu ötənilki ilə müqayisədə daha da genişlənib. Bu, həm iştirakçı dövlət və hökumət başçılarının, həm də, ümumiyyətlə, qatılanların sayında özünün göstərir. Forumun məqsədi daha ədalətli dünyanın qurulmasında diplomatik yollar axtarmaqdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.