MÜSAHİBƏ


Pərviz Şahbazov:Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı bundan sonra da aktiv şəkildə davam edəcək

Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə enerji məsələləri də müzakirə edilib.AZƏRTAC xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, enerji əməkdaşlığı bu görüşdə xüsusi yer alıb. “Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bundan sonra da aktiv şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub. Ona görə biz də bu istiqamətdə işləyəcəyik”.