MÜSAHİBƏ


Kazuyasu İşida: Qarabağ tezliklə insanların firavan yaşayacağı məkana çevriləcək

Qarabağa səfərim burada baş verən prosesləri daha dərindən anlamaq, daha obyektiv məlumatlar əldə etmək və həmin məlumatları yapon ictimaiyyətinə çatdırmaq üçün çox gözəl imkan oldu. Əminliklə deyə bilərəm ki, Qarabağ tezliklə həyatın qaynadığı, insanların firavan yaşayacağı məkana çevriləcək.Bu sözləri AZƏRTAC-ın müxbirinə məxsusi müsahibəsində yaponiyalı tanımış yutuber Kazuyasu İşida bildirib.