Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vinsent Lorenzini: Novruz bayramı azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyır

18.03.2022 [17:33]

Xəbərin mətni

Azərbaycanlı dostlarımın Novruz bayramını təbrik edirəm. Bilirəm ki, Novruz bayramı azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyır. Xalqın milli adət-ənənələrini ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a vaxtilə Azərbaycanda Fransa səfirliyinin mədəniyyət işləri üzrə attaşesi işləmiş, hazırda Fransa Mədəniyyət Nazirliyində çalışan Vinsent Lorenzini Fransadakı səfirliyimiz və UNESCO yanında Daimi Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı tədbirində deyib.