Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bastia sakini: Köhnə idarəçilik müasir dövrün tələblərinə cavab vermir

18.03.2022 [17:45]

Xəbərin mətni

Son günlər Korsika adasında baş verən iğtişaşların əsas səbəbi hökumət tərəfindən bizim istəklərimizə cavab verilməməsidir. Köhnə idarəçilik müasir dövrün tələblərinə cavab vermir. Biz müstəqillik deyil, muxtariyyət verilməsi tələbi ilə çıxış edirik.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bastia şəhərinin sakini, solçu fəal Antuan Mariani söyləyib.