Bayram günləri hava necə olacaq?
18.03.2022 [18:04]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.