Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dietoloq: Bayramda qida istehlakının saat və miqdarına diqqət edilməlidir

21.03.2022 [12:49]

Şəkərbura, paxlava, qoğal və bir çox nemətlər bayram süfrəsinin əsas qidalarındandır. Bəs bu qidalar necə istehlak olunmalıdır? AZƏRTAC-ın bu sualını dietoloq Arzu Həsənova cavablandırıb. O, şəkərli diabet xəstələrinin qida rasionlarına daha diqqətli olması gərəkdiyini vurğulayıb.